İctimai etiraz öz rolunu oynadı - Balasanyan həbs edilməyəcək

İctimai etiraz öz rolunu oynadı - Balasanyan həbs edilməyəcək

Hazırda oxunan: İctimai etiraz öz rolunu oynadı - Balasanyan həbs edilməyəcək

146777

Dünən Qarabağdakı qondarma məhkəmə rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın həbs edilməsi ilə bağlı vəsatəti rədd edib. Bundan əvvəl digər saxlanılanlar da - oğlu və qardaşı azad edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Mənbə ittihamların fərqli olduğunu qeyd edib. Balasanyanın oğlu 75 milyon dram "dövlət krediti"ndən sui-istifadə etməkdə, özü isə "məmur"a qarşı zorakılıq tətbiq etməkdə ittiham olunurdu. 

Xatırladaq ki, o, evində axtarış aparmağa gələn şəxslərdən nə axtardıqlarını və axtarışla bağlı məhkəmə qərarını təqdim etməyi tələb edib. 

"Təhlükəsizlik xidməti"nin zabitləri bundan imtina ediblər, o isə müqavimət göstərib. Bunun ardınca Balasanyanın zorla həbsi baş tutub.

Sonra ictimai etiraz böyüyüb, qondarma rejimin "hüquq-mühafizə orqanları" vəziyyəti gərginləşdirməkdən çəkiniblər.

Əldə edilən məlumata görə, axtarışın videoyazısının dərc olunması məsələsi bir neçə gün Xankəndidə müzakirə olunub. Ancaq sonradan bunları ictimailəşdirməkdən vaz keçiblər.

Qeyd edək ki, Vitali Balasanyan Azərbaycana qarşı döyüşən komandirlərdən biridir. O, 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik edib.

1998-1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan DQR-nin müdafiə nazirinin müavini olub.

Bir sıra hərbi əməliyyatlarla (Ağdam döyüşü, Horadiz əməliyyatı və s.) yanaşı Vitali Balasanyan 2016-cı ilin aprel ayında Qarabağda baş verən dördgünlük müharibədə də iştirak edib.

Balasanyan həm əvvəllər, həm də son dövrlərdə Azərbaycan rəsmilərinin qeyri-rəsmi dialoq qurduğu Qarabağ ermənisi idi. Laçın və Zabuxun boşaldılmasında faydası olub. O, Vardanyana qarşı çıxış edən fiqur kimi də diqqəti cəlb edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO