Ötən cümə günü Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bəyanat yayıb ki, məxfi əməliyyat-axtarış kompleksi tədbirləri nəticəsində Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin yeni qanunsuz əməlləri barədə dəqiq məlumatlar əldə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“İstintaq orqanı Ermənistan Müdafiə Nazirliyində cinayətkar qrup aşkar edib. Zabitlər pul müqabilində əsgərlərin yerdəyişməsini həyata keçiriblər. Bu da hüquq-mühafizə orqanlarının əməkdaşlarının marağına səbəb olub”, - deyə mənbə qeyd edib.
Nəşr yazır ki, bu, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin açıqladığı yeganə hal deyil.
Ararat bölgəsində də daha bir kriminal dəstənin əməlləri üzə çıxıb. Bu baxımdan Ermənistan Silahlı Qüvvələrinin bəzi zabitləri həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:35 / 18.07.2023
Ermənistan ordusunda yeni həbslər - TƏFƏRRÜAT
Hazırda oxunan: Ermənistan ordusunda yeni həbslər - TƏFƏRRÜAT
Hazırda oxunan: Ermənistan ordusunda yeni həbslər - TƏFƏRRÜAT
146753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.