Balasanyan məhkəmə qarşısına ÇIXARILACAQ 

Balasanyan məhkəmə qarşısına ÇIXARILACAQ 

Hazırda oxunan: Balasanyan məhkəmə qarşısına ÇIXARILACAQ 

146592

Azərbaycanın Əsgəran yaşayış məskənində Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş katibi, general Vitali Balasanyanın həbsi ilə bağlı vəsatət məhkəməyə verilib. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan açıqlayıb. 

Müraciətə saat 11:30-da onun işi üzrə birinci instansiya məhkəməsində baxılacaq. 

Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb.  
Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO