Jurnalist və teleaparıcı Kseniya Sobçak ona və “Rossiya Seqodnya” media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatı şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Qanlı xanım” Telegram kanalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Marqarita Simonyana qarşı SUİ-QƏSD CƏHDİ
“Bu sui-qəsd hazırlığı haqqında danışaq. Bütün bunlar doğrudursa, işinə görə bütün iştirak edən xidmətlərə təşəkkür edirəm. Əgər yoxsa və məsələ sadəcə məni Simonyanla eyni cümləyə qoymaq idisə, deməli bu, alçaqlıqdır. Hər halda, bir daha demək istəyirəm ki, istənilən terror pisdir, heç bir “amması” yoxdur”, - Sobçak qeyd edib.
Xatırladaq ki, FTX, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Simonyan və Sobçakın öldürülməsinə cəhdin qarşısını alıb.
Cümə axşamı Moskvada və Ryazan vilayətində bununla bağlı neonasist “Paraqraf-88” qruplaşmasının üzvləri saxlanılıb.
Bizim.Media