Ermənistan prezidenti Armen Sarkisyan bu gün Nikol Paşinyanla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “panorama.am” saytı Prezident Aparatına istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan XİN-in binasına daxil ola biləcəkmi? - Müxalifət qapının ağzında onu gözləyir
Mənbə bildirir ki, prezident daha sonra hakim “Mənim addımım” fraksiyasının parlamentdəki rəhbəri Lilit Makunts və “Maariflənmiş Ermənistan” müxalifət partiyasının lideri Edmon Marukyanla üz-üzə gələcək.
Prezident Aparatı görüşlərdə müzakirə ediləcək mövzular barədə açıqlama verməyib.
Belə görüşlərin davamlı olması Ermənistan rəsmilərinin Baş Qərargah rəisi ətrafında baş verən qalmaqalı həll edə bilməmədiklərindən irəli gəlir.
Bizim.Media