Dünən Türkiyə prezidenti Ərdoğan, əslində, Türkiyə-Azərbaycan tərəfinin Rusiyadan nə gözlədiyini açıq şəkildə söylədi: “Razılaşma ondan ibarətdir ki, Rusiya 2025-ci ilə qədər Qarabağda qalacaq. İnanıram ki, Rusiya bu razılaşmaya sadiq qalacaq. Qardaşım İlham Əliyev də bu məsələni diqqətlə izləyir”.
Bizim.Media Ermənistan mediasına istinadən xəbər verir ki, Ərdoğanın bu sözləri yerli türkoloq Varujan Qeqamyanın yazısında sitat olaraq yer alıb.
“Təxmin etdiyiniz kimi, Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı Qarabağdan sıxışdırıb çıxara bilsələr, Qarabağın ermənilərlə bağlı tarixinin son səhifəsi də bağlanacaq. Bundan sonra Türkiyə-Azərbaycan qüvvələri bütün imkanlarını Zəngəzur (Sünik) və Dərələyəz mahalının (Vayots Dzor) zəbtinə cəmləyəcəklər.
Bu baxımdan onlar 2,5 ildir ki, strateji əhəmiyyət kəsb edən ərazilərin genişləndirilməsindən tutmuş, daxili qoşunların hazırlanmasına qədər genişmiqyaslı addımlar atırlar.
2025-ci il Ermənistan üçün dönüş nöqtəsi olacaq. Ya faktiki türkyönlü hökuməti aradan götürüb tamhüquqlu yeni xarici və müdafiə strategiyası qurmaq mümkün olacaq, ya da fəlakət ən geridönməz nəticələrlə daha da pisləşəcək. 2025-ci ilə 2,5 il qalıb. Əslində, daha az”, - deyə erməni ekspert bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:30 / 13.07.2023
Azərbaycan ordusu bütün imkanlarını Zəngəzurun zəbtinə cəmləyəcək - Erməni ekspert
Hazırda oxunan: Azərbaycan ordusu bütün imkanlarını Zəngəzurun zəbtinə cəmləyəcək - Erməni ekspert
Hazırda oxunan: Azərbaycan ordusu bütün imkanlarını Zəngəzurun zəbtinə cəmləyəcək - Erməni ekspert
146106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.