Ermənistana bir ay VAXT VERİLDİ – “Sülh müqaviləsinə imza atmasa...”

Ermənistana bir ay VAXT VERİLDİ – “Sülh müqaviləsinə imza atmasa...”

Hazırda oxunan: Ermənistana bir ay VAXT VERİLDİ – “Sülh müqaviləsinə imza atmasa...”

146061

“Ermənistan mətbuatı iddia edir ki, Türkiyə İrəvana Azərbaycanla münasibətləri normallaşdırmaq üçün bir ay vaxt verib.

Hraparak yazıb ki, bununla bağlı tələb Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyana çatdırılıb. 

Bu tələb yerinə yetirilməsə, Ermənistanı nə gözləyir? 

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, müharibəyə getmək İrəvan üçün intihara bənzər hal olacaq və bu zaman Ermənistan başıpozuqluğun artıq normaya çevrildiyi bir coğrafiyaya çevriləcək:

“Ola bilsin danışıq əsnasında belə söhbət olub və şərti olaraq bir ay vaxt müəyyən edilib ki, bu çərçivədə Ermənistan aydın bir qərara gəlsin. Ancaq sual yaranır, bu xəbəri yayan mənbə nə dərəcədə məlumatlıdır və bu məlumat həqiqi fakta söykənirmi? Digər tərəfdən, bu feyk xəbəri də ola bilər. Bununla bəzi qüvvələr çalışır ki, vəziyyətə təsir göstərsinlər. 

Ermənistanda hazırda həqiqətən də Azərbaycanla barışığa getmək istəyənlərin sayı artır. Çünki Qarabağ məsələsi Ermənistanı zəlil duruma salıb. Ermənistan dərin oyuna ilişdi, amma nəticə olaraq heç nə əldə edə bilmədi.

Azərbaycan onu darmadağın edərək, öz ərazi bütövlüyünü bərpa etdi. İndi Ermənistan üçün başqa alternativ yoxdur, ya müharibə, ya da sülh. Müharibəyə getmək özünü intihara bənzər bir şeydir. Ermənistan Azərbaycanla savaşda duruş gətirə bilməz, artıq bu fonda Ermənistanın sülh məsələsini gündəmə gətirə bilərik. 

İkinci bir halda, Ermənistan başıpozuqluğun artıq normaya çevrildiyi bir coğrafiyaya çevrilər. Türkiyə istəməz ki, sərhədləri boyunca qeyri-müəyyən şəraitdə olan məmləkət olsun.

Çünki Türkiyəni əhatə edən bəzi bölgələr qaynar, qeyri-stabil bölgələrdir. Ermənistanda da hərc-mərclik, xaos baş alıb gedir, idarəçilikdə boşluqlar. İrəvan sülh məsələsində də əcaib mövqe sərgiləyir. 

Hər halda, Ermənistanın vaxtı tükənir, o tələsməlidir”. 



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO