Donbass müharibəsində də “Bayraktar” öz sözünü deyəcək - Korotçenko 

Donbass müharibəsində də “Bayraktar” öz sözünü deyəcək - Korotçenko 

Hazırda oxunan: Donbass müharibəsində də “Bayraktar” öz sözünü deyəcək - Korotçenko 

14552

Rusiyalı hərbi ekspert və politoloq İqor Korotçenko Donbasda Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələrinin hücumunu proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “chto-proishodit.ru” saytı yayıb.

Onun sözlərinə görə, Kiyev Donbasda müharibəyə başlayarsa, Qarabağda istifadə edilən Türk texnologiyasını tətbiq edəcək.

 

MÖVZU İLƏ BAĞLI:

"Müharibəni PUA-lar yox, Azərbaycan xalqı uddu" - Korotçenko 


Hərbi ekspert əlavə edib ki, Ukrayna hərbçiləri Dağlıq Qarabağdakı döyüşləri  yaxından izləyərək Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün ən yaxşı ssenarini seçiblər:

“Son aylarda ukraynalı hərbçilər Azərbaycan təcrübəsindən bəhrələnərək hərbi səylərini intensivləşdiriblər. Xüsusilə Ukrayna Baş Qərargahını Azərbaycanın qələbəsinə səbəb olan hücum pilotsuz təyyarələrinin uğurlu təcrübəsi maraqlandırır”.

Mütəxəssis Türk-Ukrayna hərbi əlaqələrinin intensivləşməsinə də işarə vurub:

“Bu da Kiyevin Ankaradan Türk pilotsuz təyyarələrini əldə etməsi ilə nəticələnib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO