Ermənistanda daha çox kişilər intihar edir - səbəb MÜHARİBƏ xofudur

Ermənistanda daha çox kişilər intihar edir - səbəb MÜHARİBƏ xofudur

Hazırda oxunan: Ermənistanda daha çox kişilər intihar edir - səbəb MÜHARİBƏ xofudur

14500

İntihar ciddi ictimai bir problemidir və dünyada 10 ən çox qeydə alınan ölüm səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə bir intihar hadisəsi olur. Bu isə ildə 800 min insan deməkdir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistanın Statistika Komitəsinə istinadən yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri


Qurum 2014-2019-cu illər arasında yaş və cins qruplarına görə ölkədə intihar və intihara cəhd halları barədə məlumatları təqdim edib. 

Statistikaya görə, Ermənistanda hamıdan çox intihara meylli olan 30-65 yaş arasındakı kişilərdir. 

Məsələn, 2019-cu ildə bu yaş qrupunda 70 kişi intihar edib, eyni yaş qrupunda 14 qadın olub.

Bənzər mənzərə intihar cəhdlərində də var. Belə ki, 2019-cu ildə 30-65 yaş arası 179 kişi və 94 qadın intihara cəhd edib.

Suitsidoloq Kamo Vardanyan bu göstəriciləri şərh edərkən belə açıqlama verib:

“40 yaşdan yuxarı kişilər intihar riski ilə üzləşirlər”.

"Dünya statistikasına görə, yeniyetmələrdə, yetkin kişilər və qocalarda intihar etmə ehtimalı daha yüksəkdir. Ancaq digər ölkələrdən fərqli olaraq Ermənistanda yaşlı insanlar nadir hallarda intihara qərar verirlər". Vardanyan əlavə edib.

Dünya Səhiyyə Təşkilatı intiharın üç istiqaməti haqda açıqlama verib. Məlumata görə, dünyada ən çox intihar hadisələri 15-24 yaş arası gənclər, 40-50 yaş arası insanlar və 65 yaşdan yuxarı yaşlı insanlar tərəfindən törədilir. 

Ermənistanda isə 2019-cu ildə 65+ kateqoriyasında 53 intihar hadisəsi qeydə alınıb, bunlardan 8-i qadınlar, 45-i kişilərdir. 

Bəzi mütəxəssislərin rəyinə görə isə ölkədə intiharların arasında kişilərin sayının çoxluğu müharibə xofu ilə bağlı olub. Hətta, 2-ci Qarabağ savaşında stress keçirən erməni hərbçilərin öz canlarına qıymaqları haqda da hər gün mediada informasiyalar yayılır.
 

Son 5 il ərzində 17 yaşınadək 18 qız və 20 oğlan intihar edib. Daha çox intihar cəhdləri yeniyetmə qızlar arasında qeydə alınıb. Məsələn, 2015-ci ildə 17 yaşınadək 20 qız və üç oğlan intihara cəhd edib.


Mütəxəssislər düşünürlər ki, Ermənistanda intiharların əsas səbəbləri ailədaxili və qrupdaxili münasibətlər, alkoqol, narkomaniya və cəmiyyətdə tutarlı bir ideologiyanın olmamasıdır.

İntihar meylləri 18-29 yaş arasındakı gənclərdə getdikcə daha çox izlənilir. 2014-cü ildə bu yaş qrupundan 9 qız və 22 oğlan intihar edib. Eyni ildə 110 qız və 71 oğlan intihara cəhd edib.

Mütəxəssislərə görə, ölkədə qadınlar özlərini əsasən emosional fonda öldürməyə çalışırlar: qarşılıqsız sevgi və ailədəki problemlər üzündən. Karyera, boşanma və işsizliklə əlaqəli motivlər kişiləri ölümcül addımlara yönəldir.

Psixoloq Xaçatur Qasparyan insanın depressiyasını göstərə biləcək emosional pozğunluqların təzahürlərinə diqqətlə yanaşmağı tövsiyə edir:

"İnsanlar intihar etməzdən əvvəl psixoloq və ya psixiatrla deyil, ailə həkimi, müəllimi və yaxud dostu ilə dərdləşmək istəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO