"Nə inqilab, nə də hərbi çevriliş ölkəmizə kömək etməyəcək" - Erməni baş redaktor

Hazırda oxunan: "Nə inqilab, nə də hərbi çevriliş ölkəmizə kömək etməyəcək" - Erməni baş redaktor

144730

“İnqilablar həmişə kütlələr arasında ümidlər yaradır, inqilabçıların vədləri isə vətəndaşların qəlbində əks-səda doğurur. Misal üçün deyirlər ki, “İndi lənətlənmiş keçmişlə vidalaşacağıq, yeni insan, yeni ordu, yeni məktəb, yeni məhkəmələr formalaşdıracağıq”. Formalaşan vədlərin və gözləntilərin “son halı” gözümüzün önündədir. Bu, Ermənistanda uğursuz 2018-ci il inqilabıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə “Aravot” nəşrinin baş redaktoru Aram Abramyan öz məqaləsində yazıb.

“Son inqilabi hekayələrə görə, keçmiş hökumət korrupsioner idi, yalnız qarınlarını və kreslolarını düşünürdü. İndi onları bir otaqlı mənzillərdə bir tikə bayat çörəklə yaşayan və 24 saat gələcəklə bağlı planlar quranlar əvəzləyəcək. Əvvəllər müxalifətçilər həbsxanalara atılırdısa, indi demokratiya vaxtıdır, hər kəs hakimiyyəti istədiyi kimi tənqid edəcək.

Bu cür romantik düşüncələr adətən, acı reallıqla qarşılaşdıqda dağılır. Bu dəfə də belə oldu. Tez məlum oldu ki, “yeni”lər də eyni şəkildə dəbdəbəli avtomobillərə, fərdi evlərə sahib olmaq, “köhnələr” kimi dövlət hesabına səyahət edib “alış-veriş” etmək istəyirlər. Onların da sevimli oliqarxları var, dövlət sifarişlərindən çirkli pullar qazanırlar. Öz kreslolarından yapışıb rəqiblərini təqib edirlər. 
Vəd edilən islahatların həyata keçirilə bilməməsinin səbəbi nədir? Sadələşdirilmiş izahat ondan ibarətdir ki, Serj Sarkisyanın dövründə hakimiyyətdə “pis adamlar” olub, sonra onları eyni “pis adamlar” əvəzləyib. İndisə ümid var ki, “yaxşı oğlanlar” nəhayət onların yerinə gələcək və ölkəni xilas edəcək.

Ancaq bunlar boş ümidlərdir. Belə fədakar insanlar möcüzəvi şəkildə siyasi səhnəyə çıxsalar da, yeni sistemdə fanatiklər yaranmır. Ermənistanda nə inqilab, nə saray, nə hərbi, nə də başqa çevriliş istənilən dəyişiklikləri gətirməyəcək. Yalnız arzuolunmaz fəlakətlər gətirəcək. 2018-ci il inqilabında da məhz belə oldu”, - Abramyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO