Vardan Oskanyanın manipulyasiyalarına Paşinyanın deputatından SƏRT CAVAB 

Vardan Oskanyanın manipulyasiyalarına Paşinyanın deputatından SƏRT CAVAB 

Hazırda oxunan: Vardan Oskanyanın manipulyasiyalarına Paşinyanın deputatından SƏRT CAVAB 

144536

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vaaqn Aleksanyan ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyanın açıqlamalarına cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə Aleksanyan Facebook səhifəsində yazıb.

"Əgər keçmiş hakimiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırdısa, onda onlar Ermənistanın suveren ərazisi olan Meğrini Azərbaycana necə verə bilərdilər?

Vardan Oskanyanın uğursuz cəhdlərindən sonra xalqı aldada biləcəyinə niyə qərar verdiyini bilmirəm, amma fakt budur ki, o, yenə yanıldı. Əvvəlcə o, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət cəzasına səbəb olacağı ilə bağlı qanun layihəsini imzaladı.

Həmin Vardan Oskanyan və Robert Köçəryan Qarabağın Meğri bölgəsinə dəyişdirilməsi variantını şəxsən müzakirə edib. Əgər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımırdılarsa, əvəzində Meğrini Azərbaycana necə verə bilərdilər? Köçəryan baş nazir Aram Sarkisyanı bu variantı çex jurnalisti vasitəsilə Heydər Əliyevə təklif etdiyinə görə tərifləyib”, - hökumətyönlü deputat qeyd edib.

O, Oskanyanın keçmiş Ermənistan hakimiyyəti dövründə Azərbaycanla müharibənin qeyri-mümkün olması ilə bağlı iddiasına da cavab verib.

“Əgər müharibə variantı istisna edilibsə, o zaman aprel müharibəsi nədir? V.Oskanyan aprel döyüşlərindən sonra hərbi variantın istisna edildiyini iddia etsə belə, Serj Sarkisyan inqilabdan bir həftə əvvəl parlamentin tribunasından nədən danışırdı?

O, hansı danışıqların çıxılmaz vəziyyətindən söz açırdı? Yaxşı, cənab Oskanyan həqiqətənmi insanların yaddaşının olmadığını düşünür?”, - Paşinyanın müttəfiqi vurğulayıb.

Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkə hakimiyyətinə təklif edib ki, Qarabağ üzrə danışıqlar aparan şəxslər dəyişdirilsin və ona lazımi səlahiyyətlər verilsin. Nəticədə danışıqlardakı mövcud vəziyyət 2-3 aydan sonra kəskin şəkildə dəyişəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO