Gürcüstanda dəmir yolu xətti BAĞLANDI

Gürcüstanda dəmir yolu xətti BAĞLANDI

Hazırda oxunan: Gürcüstanda dəmir yolu xətti BAĞLANDI

144094

İyulun 1-də Tbilisidən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.

Bizim.Media xəbər verir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb. Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini də sıradan çıxarıb.
Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.

Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO