SON DƏQİQƏ: Çavuşoğlu ilə Lavrov arasında Qarabağ danışıqları - DOHADA

SON DƏQİQƏ: Çavuşoğlu ilə Lavrov arasında Qarabağ danışıqları - DOHADA

Hazırda oxunan: SON DƏQİQƏ: Çavuşoğlu ilə Lavrov arasında Qarabağ danışıqları - DOHADA

14384

Rusiya və Türkiyənin xarici işlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Qətərin Doha hava limanında bir araya gəlib. Nazirlər Dağlıq Qarabağ ətrafında baş verən hadisələri müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Twitter mikrobloqunda yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Lavrovla Çavuşoğlunun görüşəcəyi tarix açıqlandı


O, əlavə edib ki, tərəflər ikitərəfli münasibətləri, habelə Qarabağ, Liviya və Suriyadakı son hadisələri müzakirə ediblər.

Çavuşoğlu Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü enerji blokunun inşasından da söz açıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində hər iki nazirin Doha aeroportunda görüşdüyünü yazmışdı. 

Rusiya nümayəndə heyəti bura Səudiyyə Ərəbistanından, türkiyəli diplomatlar isə Qırğızıstandan gəliblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO