Hindistan Ermənistanın qiymətli daşlar bazarını ələ keçirmək İSTƏYİR

Hindistan Ermənistanın qiymətli daşlar bazarını ələ keçirmək İSTƏYİR

Hazırda oxunan: Hindistan Ermənistanın qiymətli daşlar bazarını ələ keçirmək İSTƏYİR

143769

“Ermənistan-Hindistan iqtisadi əlaqələri sürətlə genişlənir”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan İqtisadiyyat Nazirliyinin Strateji Sektorlar Departamentinin rəhbəri Arevik Marqaryan “Armenpress”lə söhbətində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: Səbəblər və perspektivlər - TƏHLİL 


O bildirib ki, son illər xeyli sayda Hindistan şirkəti Ermənistana investisiya yatırıb:

“Həmin şirkətlərdən biri də “ADM Diamonds”dur. Şirkət 2022-ci ilin iyul ayından Ermənistanda qeydiyyatdan keçib və bu ilin aprel ayının əvvəlindən Abovyanda artıq istehsal prosesinə başlayıb. Bu, Hindistan şirkətinin Ermənistandakı filialıdır. Şirkət Abovyan filialına 10 milyon dollar sərmayə qoyub”.

Departament rəhbəri onu da qeyd edib ki, Hindistan şirkətləri əsasən mineral ehtiyatlar sahəsinə maraq göstərirlər:

“ADM Diamonds” şirkəti “AlRos”dan xam almazları alaraq ilkin emaldan sonra hazır məhsulu ixrac edəcək. Nəzərə alaq ki, bu ilin ilk 4 ayı ərzində Ermənistandan 508 milyon 600 dollar dəyərində qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur”.

İrandan sonra Ermənistana investisiya yatırımını günbəgün artıran Hindistanın hədəfi Cənubi Qafqazda mövqe qazanmaq, eləcə də Ermənistanın siyasi kursunu rəsmi Dehlinin maraqlarına uyğunlaşdırmaqdır.

Bəs, Hindistan öz niyyətlərinə nə qədər nail olacaq? Bunu artıq zaman göstərəcək. Lakin, reallıq ondan ibarətdir ki, Ermənistanın bir dövlət kimi ayaqda qalması daha çox Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO