“Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur” – Tiqran Abramyan

“Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur” – Tiqran Abramyan

Hazırda oxunan: “Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur” – Tiqran Abramyan

143754

“Qarabağda halqa daralır”.

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Armeniya”ya açıqlamasında Milli Assambleyadakı “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus sülhməramlıları Qarabağdan çıxarılsa, nə olacaq? – Erməni deputat


Erməni deputatın fikrincə, Qarabağda  baş verənlərin Ermənistan hakimiyyətinin Vaşinqtonda apardığı danışıqlarla heç bir əlaqəsi yoxdur:

“Çünki Paşinyan höküməti artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüklərini bəyan ediblər. Belə bir şəraitdə Ermənistan hakimiyyətinə təzyiq etməyin mənası yoxdur”.

Deputat hesab edir ki, indiki vəziyyətdə həm Ermənistanın “Artsax”la bağlı mövqeyi, həm də beynəlxalq ictimaiyyətin susması Azərbaycanın Qarabağ məsələsində son məqsədlərinə çatması üçün yaşıl işıqdır:

“Vaşinqtonda baş verənlər sülh naminə aparılan danışıqlar deyil. Bu danışıqlardakı məqsədlərindən biri Qarabağ üzərində nəzarət özündə saxlayan Azərbaycanın tələblərinin bir araya gətirilməsi prosesidir”. 

Xatırladaq ki, iyunun 27-dən ABŞ-ın paytaxtında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılır. Bu gün isə artıq danışıqların sonuncu günüdür.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO