Toya görə işdən qovulan general yenidən Baş Qərargah rəisi olacaq - Paşinyan təqdimat yazdı

Toya görə işdən qovulan general yenidən Baş Qərargah rəisi olacaq - Paşinyan təqdimat yazdı

Hazırda oxunan: Toya görə işdən qovulan general yenidən Baş Qərargah rəisi olacaq - Paşinyan təqdimat yazdı

14306

Ermənistan Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana general-leytenant Artak Davtyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi haqda təklif göndərib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı bu gün Prezident Administrasiyasına istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşdən çıxarılan Qasparyandan ilk açıqlama: ''Xidmətimi fərqli bir statusda davam etdirəcəyəm”


Mənbə bildirir ki, prezident hələ bununla bağlı fərmana imza atmayıb. Administrasiya fərmanın nə vaxt imzalanacağını deməyib.

Xatırladaq ki, 9 mart tarixində Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyanın əmri ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan xüsusi tapşırıqlar üzrə baş zabit təyin edilib.

Qeyd edək ki, 16 noyabr 2020-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Artak Davtyan Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsindən azad edilib.

Sözügedən vəzifəyə 17 iyul 2020-ci ildə təyin edilib. Və bundan əvvəl, 8 iyun tarixində karantin tədbirlərini kobud şəkildə pozaraq oğlunun toyunu təşkil etdiyi üçün Baş Qərargahın başçısı vəzifəsindən qalmaqalla azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO