Türkiyədən gətirilən meyvə və tərəvəz yerli fermerləri müflis edir - İrəvandan SOS siqnalı

Türkiyədən gətirilən meyvə və tərəvəz yerli fermerləri müflis edir - İrəvandan SOS siqnalı

Hazırda oxunan: Türkiyədən gətirilən meyvə və tərəvəz yerli fermerləri müflis edir - İrəvandan SOS siqnalı

14291

Ermənistan son iki ildə Türkiyədən və digər qonşu ölkələrdən çox miqdarda meyvə-tərəvəz idxal edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı çərşənbə günü “Joxovurd” qəzeti Dövlət Gəlir Komitəsinin statistikasına istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Qarabağda Amaras monastrını ziyarət etdi


Beləliklə, keçən il Türkiyədən 1,7 min ton, bir il əvvəl isə 2,9 min ton pomidor gətirilib.

İrandan isə təxminən 241 ton pomidor, 1,9 min ton xiyar idxal edilib. Hesabat dövründə Ermənistana ərik İran, Gürcüstan və Türkiyədən (2 tondan az) gətirilib. 

Qəzet Ermənistana təzə meyvə və tərəvəz idxalının yerli istehsala zərər verdiyini qeyd edir.

“İdxal olunan məhsullar ucuzlaşma yaradır və yerli məhsullar satılmır. Erməni fermerlər külli miqdarda kredit götürür, istixanalara pul xərcləyir, böyük çətinliklə məhsul yetişdirirlər. Meyvə və tərəvəz idxal edən bir çox şirkət isə yerli təsərrüfatları məhv edərək super mənfəət əldə edirlər”, deyə nəşr yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO