Güneyli gənc müəllimə ağır CƏZA VERİLDİ - FOTO 

Güneyli gənc müəllimə ağır CƏZA VERİLDİ - FOTO 

Hazırda oxunan: Güneyli gənc müəllimə ağır CƏZA VERİLDİ - FOTO 

142694

İran məhkəməsi Güney azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəalı Əli Rzayini 6 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, o, “hakimiyyətə qarşı əlbir olmaq və təbliğat aparmaq”da ittiham olunub.  

Fəalın ailəsinin yaxınlarının sözlərinə görə, məhkəmənin hökmü onun dindirilmə zamanı işgəncələrə məruz qaldığı və 193 gün həbsdə olduğu vaxt verilib, ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun hakimlə görüşməsinə və vəkilin görüşə girməsinə icazə verməyib. 

Qeyd edək ki, Əli Rzayi ana dilində təhsil hüququ və Urmu gölü məsələsinin müdafiəçisi idi. 

O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO