Bu günlərdə ermənilərə məxsus sosial səhifələrdə Xankəndidə hərbi forma geyinən məktəblilərin videoları peyda olub. Onlar separatçıların "bayraqları" ilə ora-bura qaçırlar, atıcı və digər növ silahlardan istifadə etməyi öyrənirlər.
Bizim.Media xəbər verir ki, bütün bunların hansı pulla maliyyələşdiyini ayrıca qeyd etmək lazımdır.
Birincisi, ermənilərin qeyri-hökumət təşkilatı (Special Training Center for Armenian citizens and Armenian Diaspora) olan VoMA və digər oxşar təşkilatlar ianə toplayır və bunu olduqca ciddi bankların - Raiffeisen, Citi, Sberbank-ın müxbir hesabları vasitəsilə həyata keçirirlər.
İkincisi, bu uşaq düşərgələrinin mühüm sponsoru Ruben Vardanyandır.
Yeri gəlmişkən, Qarabağda ən azı onlarla belə təlim bazası var. Onlar VoMA kimi təşkilatların düşərgələri əsasında fəaliyyət göstərirlər.
Bizim.Media