DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

142537

İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. 

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO