AŞPA-da Laçın yolu ilə bağlı müzakirələr APARILACAQ

AŞPA-da Laçın yolu ilə bağlı müzakirələr APARILACAQ

Hazırda oxunan: AŞPA-da Laçın yolu ilə bağlı müzakirələr APARILACAQ

142229

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində Rusiyanın Ukraynaya təcavüzü, miqrasiya, Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlarla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Sessiya çərçivəsində Laçın yolunda mövcud vəziyyətlə bağlı müzakirələrin aparılacağı da gözlənilir.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Milli Məclisin deputatları - AŞPA-da nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Strasburqa gediblər.

AŞPA-nın sessiyası iyunun 23-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO