Xəbər verdiyimiz kimi, Zəngəzur və Göyçə mahallarına gedən avropalı müşahidəçilər təcili təxliyə edilib. Erməni mətbuatı bunu bölgədəki gərgin vəziyyətlə əlaqələndirib. Mövzu ilə bağlı Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlığın elan edildiyi deyib.
Bizim.Media xəbər verir ki, bu faktı “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan da təsdiqləyib.
Onun sözlərinə görə, Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiya doğrudur:
“Sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə ötən gün günortadan sonra gətirilib”.
Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Suren Papikyan isə təcili olaraq Fransaya gedib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:25 / 18.06.2023
Ermənilər Azərbaycanla sərhədə ordu yığır - Nazir isə təcili Fransaya gedir
Hazırda oxunan: Ermənilər Azərbaycanla sərhədə ordu yığır - Nazir isə təcili Fransaya gedir
Hazırda oxunan: Ermənilər Azərbaycanla sərhədə ordu yığır - Nazir isə təcili Fransaya gedir
142044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.