İran prezidentinin xanımı niyə türkləri DÜŞMƏN ELAN ETDİ? – DETALLAR

İran prezidentinin xanımı niyə türkləri DÜŞMƏN ELAN ETDİ? – DETALLAR

Hazırda oxunan: İran prezidentinin xanımı niyə türkləri DÜŞMƏN ELAN ETDİ? – DETALLAR

141894

Molla-fars rejiminin təxribatları davam edir. Bu dəfəki təxribatçı isə sıradan birisi deyil. Türklərə qarşı nifrət püskürən İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadidir. 

O, Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib ki, türklər və monqolları İranın çoxəsrlik düşmənləridir:

“Tarix boyu bu ölkələr İrana hücum edib”.

İranın birinci xanımı rəsmi şəxsdir. O dövlətin simalarından biridir. Belə bir “sima”nın dediyi də diqqətə alınmalıdır. Xanım Rəisi səsləndirdiyi fikirlərlə türklərə olan patoloji nifrətini ifadə edib. Bu isə başa düşüləndir. Çünki, tarixən farslar türkləri düşmən gözündə görüblər. Halbuki, indiki İran dövləti türk dünyasının köksündəki bir yaradır. 

Bosfor boğazından başlayıb, uzaq Altaya və Tyan-Şan dağlarına qədər böyük bir coğrafi ərazidə qərarlaşan türk xalqlarının  birləşməsi yolunda ən böyük əngəl məhz molla-fars rejimidir. Və təsadüfi deyil ki, xanım Rəisi də bunu dilə gətirib. Hətta  “monqolları” xatırlamağı belə unutmayıb. 
Cəmilə Ələm Əl-Hadinin “monqol” dediyi qədim hun tayfalarıdır. Böyük Çingiz xanın əcdadlarıdır. Maraqlıdır ki, Avropa və Rusiya da hər zaman monqol-tatarları özlərinin ən böyük düşməni hesab ediblər. O “monqol-tatarlar” da indiki türk xalqlarının ulu əcdadlarıdır. 

İran dövlətinin “tarixi missiyası”

Xanım rəisi ancaq bir şeyi unudur ki, indiki İran dövləti 100 il qabaq türk birliyini parçalamaq üçün anqlo-saksonların Vatikanla birgə layihəsi əsasında yaradılıb. Ən dəhşətlisi də odur ki, türklərin dövləti olan Qacarların devrilməsi hesabına yeni fars kökənli şah üsul-idarəsi yaradılıb.

Halbuki, 1925-ci ilə qədər Pəhləvilər adlı hökmdar sülaləsi olmayıb. 

Maraqlıdır ki, XX əsrin əvvəllərində dünyada demokrarikləşmə prosesi getdiyi bir vaxtda yeni İran dövləti şah üsul-idarəsi əsasında formalaşdı. Bu da səbəbsiz deyildi. Çünki, despot rejimi idarə eləmək Vatikan və anqlo-saksonlar üçün daha rahat idi. Təsadüfi deyil ki, 1943-cü ildə cənubdakı soydaşlarımızın başladıqları böyük inqilabi hərakat nəticəsində Rza şah Pəhləvi taxtdan salındı. Azərbaycanlıların təsis etdiyi Milli Hökümət qısa müddətdə hakimiyyətə gəldi.

Lakin, Qərb türklərin yenidən hakimiyyətə gəlişinə yol verə bilməzdi. Bu belə də oldu. Türklərin devrilməsinə bu dəfə Sovet höküməti də böyük ölçüdə kömək göstərdi. Nəticədə 1946-cı ildə Rza şah yenidən öz taxtına qaytarıldı. Lakin, Rza şahın hökmranlığı 1951-ci ilə qədər davam etdi.

O başlanan ixğtişaşlar nəticəsində ölkədən qaçdı. Lakin, Qərb özünün maşası olan Rza şahın gedişinə yenə yol vermədi və 1953-cü ildə Böyük Britaniyanın və ABŞ-ın birbaşa dəstəyi ilə hərəkat iştirakçıları məhv edildi və Rza yenidən taxta qaytarıldı. Çünki, Qərb farsların hakimiyyətdən gedişinə və türklərin dövlət idarəçiliyində iştirakına heç cür razı ola bilməzdi. 

Vatikan və anqlo-saksonların farslar üçün hazırladıqları yeni dövlətçilik modeli 

Bu ilk baxışdan demokratik islam dövləti kimi görünən bir model idi. Və bu model Avropada mühacir həyatı yaşayan Xomeyninin boyuna biçildi. 1979-cu ildə Fransadan xüsusi təyyarə və böyük mühafizəçi dəstə ilə Xomeyni Tehrana gəldi. Və yeni “islam dövləti”ni elan etdi. 

Əslində bu dövlətin islama heç bir aidiyyatı yoxdur. Çünki, Xomeyninin qurduğu dövlətin əsasları Qərbin xüsusi xidmət orqanları tərəfindən hazırlanmışdı. Əgər Pəhləvilər türklərə qarşı mübarizə missiyası daşıyırdısa, Xomeyniçilər həm türklərə, həm də islam aləminə qarşı mübarizə aparacaq bir dövlətə sahib çıxdılar. 

Təsadüfi deyil ki, hazırda İranın 22 ərəb ölkəsinin, eləcə də 5 türk dövlətinin heç biri ilə normal münasibəti yoxdur. Əfqanıstan və Pakistanla isə İran açıq düşmənçilik aparır. Bu da bir daha onu göstərir ki, İİR türkçülüyə və islama qarşı Qərbin yaratdığı bir dövlətdir.

Xanım Rəisinin bu fikirləri təsadüf deyil

Xanım Rəisi uzaq Venesuelada türklərlə düşmənçiliyi dilə gətirməklə əslində Vatikana və anqlo-saksonlara mesaj verir ki, biz öz missiyamızı layiqincə yerinə yetiririk, amma əvəzində gözlədiyimiz “sağ ol” ala bilmirik. Xanım Rəisinin bu fikirlər həm də erməni millətçilərin tez-tez Qərbə səsləndikləri “biz sizə görə türklərlə düşmən olmuşuq” fikrinin təkrarıdır. 

Necə deyərlər: görünən dağa nə bələdçi?!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO