Hakim "Mənim addımım" parlament fraksiyasının nümayəndəsi Ovik Ağazaryan Göyçə gölünün sahilində yerləşən Sevan şəhərində kiçik hava limanının tikilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şurnuxu kəndində 30 metrlik bayraq qaldırdı
Mənbə bildirir ki, məqsəd bölgənin iqtisadi fəaliyyətinin stimullaşdırılmasıdır.
“Qraparak” qəzeti yazır ki, Ağazaryan bu fikri ilk dəfə fevral ayında Çaxkadzorda keçirilən fraksiyanın iclasında səsləndirib.
Deputat bildirib ki, hava limanının inşası turizmin böyüməsinə töhfə verəcək.
O, qeyd edib ki, dövlət bu layihənin icrasını öz üzərinə götürsə, bu addım xarici investorlar üçün bir siqnal ola bilər.
"Biz Göyçə gölünün imkanlarından kifayət qədər səmərəli istifadə etmirik, yalnız 2-3 ay istifadə edirik. Yeni yaradılacaq otel infrastrukturu qış mövsümündə turizm üçün yaxşı bir fürsət olacaq”, deyə o vurğulayıb.
Ağazaryan əlavə edib ki, yaxın gələcəkdə təşəbbüsünü yekunlaşdıracaq və layihəni hökumətə təqdim edəcək.
Qeyd edək ki, Ermənistan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 75,5% azalıb. Bu il Ermənistanı 327 735 nəfər ziyarət edib.
Eyni zamanda, mütəxəssislər 2020-ci il üçün turist axınının 14-15% artacağını proqnozlaşdırırdılar.
Dünya Turizm Təşkilatı açıqlayıb ki, 2020-ci ilin yanvar-oktyabr aylarında turizm sektorundakı azalma 72% təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 900 milyon az insan səyahət edib.
Bizim.Media