Tehrandan NÖVBƏTİ TƏXRİBAT – İran məktəblərində Azərbaycan adından istifadə QADAĞAN EDİLİR?

Tehrandan NÖVBƏTİ TƏXRİBAT – İran məktəblərində Azərbaycan adından istifadə QADAĞAN EDİLİR?

Hazırda oxunan: Tehrandan NÖVBƏTİ TƏXRİBAT – İran məktəblərində Azərbaycan adından istifadə QADAĞAN EDİLİR?

140038

İran rejimi Azərbaycana qarşı təxribatlarını səngitmək əvəzinə, onun masştabını artırmaq yolunu tutub. Son illərə qədər Tehranın Azərbaycana qarşı təxribatları özünü əsasən mətbuat sahəsində göstərirdi. Az qala hər gün İranın müxtəlif mətbu orqanlarında Azərbaycanına dı təhrif edilərək, “Bakı Respublikası” kimi təqdim olunur. İndi isə fars rejimi həmin tendensiyanı təhsil sisteminə də köçürməyə başlayıb.

Belə ki, sosial şəbəkədə yayılan məlumatlara görə, İran məktəblərində uşaqlara Azərbaycan Respublikası sözünü yazmaq qadağan edilib. Əvəzində, ölkəmizin adını “Baki Respublikası” kimi yazmaq tələb olunur. 

Tarixçi alim Zaur Əliyev qeyd edib ki, son iki aydır, İranda təhsil sistemlərində azərbaycanlı şagirdlərə zorla Azərbaycan sözünü pozub “Bakı Respublikası” yazmağı öyrədirlər. Hətta o, bununla bağlı İranda olan dərsliklərdən birinin surətini də təqdim edib. Bu isə o deməkdir ki, fars rejimi artıq “Bakı Respublikası” sözünü kütləvi şəkildə təhsil, elm və media dilinə gətirmək qərarına gəlib. 

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, İran təhsil sistemində atılan bu təhqiramiz addım Tehranla Azərbaycan arasında münasibətlərə zərər gətirməyə, münasibətlərdəki mövcud vəziyyəti daha da gərginləşdirməyə hesablanmış hərəkətdir: 
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi hicaba etiraz edən tələbələr belə rəqs ETDİ - VİDEO


“İran münasibətlərdəki gərginliyi azaltmaq əvəzinə, görünən odur ki, vəziyyəti daha da kəskinləşdirmək yolunu tutur. Azərbaycana qarşı ittiham və təhqirlər, Azərbaycanın mili simvollarına qarşı hörmətsizlik İranda günü-gündən daha da artır.

Məktəb dərsliklərində Azərbaycan sözünün “Bakı Respublikası” ilə əvəzlənməsi faktı öz təsdiqini taparsa, bütün bunlar iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. İran bilərəkdən buna gedib. 

Belə olan halda, iki ölkənin təhsil nazirlikləri arasında heç bir ortaq layihədən, tədbirdən söhbət gedə bilməz. Tehran rejimi vaxtaşırı olaraq tək Azərbaycan dövlətinə qarşı deyil, İrandakı azərbaycanlılara qarşı da neqativ münasibət sərgiləyir.
Bir neçə il əvvəl İran jurnalında Azərbaycan dilində danışanları təhqir edən karikatura çəkmişdilər. Yalnız ciddi etirazdan sonra həmin jurnalın rəhbərini işdən çıxardılar. Bu mənada təhsil sistemində atdıqları həmin təhqiramiz addım həm Azərbaycan Respublikası ilə münasibətlərin pozulmasına, həm də İran daxilindəki azərbaycanlılara qarşı yönəldilmiş hərəkətdir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO