Rus sülhməramlılarının erməni qızlarına 8 Mart hədiyyəsi - FOTOFAKT

Rus sülhməramlılarının erməni qızlarına 8 Mart hədiyyəsi - FOTOFAKT

Hazırda oxunan: Rus sülhməramlılarının erməni qızlarına 8 Mart hədiyyəsi - FOTOFAKT

13965

Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edən, tapşırıqları yerinə yetirən və müşahidə məntəqələrində olan rus hərbçilər Dağlıq Qarabağda erməni qızlarına gül təqdim ediblər və onları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları, vətəndaşların daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, qida məhsullarının və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edirlər”. Açıqlamada belə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO