“Yeniyetmə Paşinyanın tərbiyəsi ilə məşğul olacam” – Həbsdən çıxan məmur

“Yeniyetmə Paşinyanın tərbiyəsi ilə məşğul olacam” – Həbsdən çıxan məmur

Hazırda oxunan: “Yeniyetmə Paşinyanın tərbiyəsi ilə məşğul olacam” – Həbsdən çıxan məmur

13936

Ermənistanda dünən həbsxanadan çıxan Ara Saqatelyan mətbuata açıqlamasında bu gündən etibarən müəllimliyini dayandıracağını söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə yazır ki, parlament aparatının keçmiş rəhbəri İrəvan Dövlət Universitetində pedaqogikadan dərs verib. Ancaq insidentdən sonra artıq bu sahədə çalışmağı uyğun görmür.

"Tək bir yeniyetmənin - Nikol Paşinyanın tərbiyəsi üzərində işləyəcəyəm və tək bir saxta xəbər olan Nikolla mübarizə aparacağam". Saqatelyan belə deyib. O, cinayət işini "çox səliqəsiz tikilmiş” paltar adlandırıb.

Onun sözlərinə görə, cinayət işi müəlliflərinin peşəkarlığının aşağı olduğu budur ki, axtarış orderində o, "Armenpress" xəbər agentliyinin direktoru” kimi yazılıb.

Xatırladaq ki, Saqatelyan fevralın 19-da qalmaqallı "saxta Qagik Soqomonyan işi”  çərçivəsində nəzarətə alınıb və 21 fevralda həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO