Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə Ermənistan-Azərbaycan danışıqlar prosesinin hazırkı intensivləşməsi Ermənistan cəmiyyətində açıq-aşkar şiddətli reaksiya doğurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in hazırladığı videosüjetdə qeyd edilib.
“Bəli, müxalifət mediası “iştahlanır”, “keçmiş”lər sırasından olan müxtəlif xadimlər xalqı birləşməyə çağırır, amma işlər bundan uzağa getməyəcək. Koçaryan və Sarqsyan da daxil olmaqla heç bir müxalifət lideri xalqı etiraz aksiyasına toplamaq üçün hər hansı cəhd etməyib”, - deyə süjetdə qeyd edilib.
Daha ətraflı videomaterialda:
Bizim.Media