İran Ermənistanla birgə Azad Ticarət Zonası YARADIR

İran Ermənistanla birgə Azad Ticarət Zonası YARADIR

Hazırda oxunan: İran Ermənistanla birgə Azad Ticarət Zonası YARADIR

137861

“İran və hədəf ölkələr arasında birgə azad ticarət zonalarının yaradılması Azad İqtisadi Zonaları Ali Şurasının Katibliyinin gündəliyindədir. Biz bu məsələnin reallaşmasının vacibliyini vurğulamışıq və onların formalaşması yönündə səylərimizi davam etdiririk”.

Bizim.Media "Fars News" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri İranın Azad Ticarət Zonaları Ali Şurasının maliyyə institutlarının üzrə koordinatoru Zohre Bəhrebər bu gün səhər birgə azad iqtisadi zonalarla bağlı xüsusi iclasda səsləndirib.

O, Araz və Mehri Azad Ticarət Zonasının yaradılmasına çalışdıqlarını bildirib:

“Bu məsələnin reallaşması üçün İran prezidentinin müşaviri və Azad İqtisadi Zonaların Ali Şurasının katibi Ermənistanın Tehrandakı səfiri Arsen Avaqyanla görüşüb, danışıqlar aparıb.

“Mərkəzi Asiya ölkələrinin bir çoxu Şərq-Qərb dəhlizinin yaradılması üzərində çalışır və Araz Azad Ticarət Zonası sözügedən dəhlizin üzərində yerləşdiyinə görə mühüm rol oynaya bilər”, - deyə Bəhrevər vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO