\

\"Qarabağ Azərbaycanındır\" deyən Paşinyana İrəvandan DAHA BİR DƏSTƏK

Hazırda oxunan: \"Qarabağ Azərbaycanındır\" deyən Paşinyana İrəvandan DAHA BİR DƏSTƏK

137730

Ermənistan parlamentinin hakim fraksiyasının üzvü, iş adamı Qurgen Arsenyan Qarabağın Azərbaycan ərazisi kimi tanınması məsələsində hazırkı baş nazir Nikol Paşinyanı tam dəstəklədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamnetdə çıxışı zamnaı deyib.

“Siyasətçilər Ermənistan əhalisindən ölkənin dövlət maraqlarına xidmət etmək üçün mandat alıblar. Ermənistanın dövlət maraqlarını qurban verən istənilən fiqur dövlət əleyhinə fəaliyyət göstərir”, - deyə Arsenyan bildirib.

“Qarabağda ermənilər yaşayırmı?” sualına cavab olaraq Arsenyan "Bəli" cavabını verib:

"Cavaxetiya (Gürcüstan) ), Beyrut və Qlendeyldə (ABŞ-ın Kaliforniya ştatı) yaşadıqları kimi Qarabağda da ermənilər yaşayır".

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti “ürəklə ağıl arasında seçim” etməlidir və bu vəziyyətdə dövlət maraqlarına üstünlük verilməlidir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Qarabağ, işğalda olan anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO