Paşinyan HƏDƏF TAXTASINDA – Qərb də Nikoldan üz ÇEVİRİR?

Paşinyan HƏDƏF TAXTASINDA – Qərb də Nikoldan üz ÇEVİRİR?

Hazırda oxunan: Paşinyan HƏDƏF TAXTASINDA – Qərb də Nikoldan üz ÇEVİRİR?

137336

Son günlər Ermənistan mətbuatında aktiv şəkildə Paşinyanın devrilməsi ehtimalı tirajlanır.

Bu yaxınlarda Ermənistanda Paşinyanın oğlunu qaçırmağa çalışan Qayane Akopyan adlı qadın həbs olunub. Qeyd edək ki, Qayane Akopyanın oğlu Qarabağ müharibəsində həlak olub. Buna görə də baş nazirə qarşı etirazlar başlayıb. 

Hətta Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da buna görə Nikol Paşinyana etiraz edib:

“Oğlunu döyüş meydanında itirmiş ananın həbsi hətta gündüz vaxtı İrəvanın mərkəzində vətəndaşın üzünə tüpürən parlament sədri Alen Simonyanın iyrənc əməlindən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin hədsizliyi sərhəd tanımır. Belə davam edərsə, ölkəmizi daha acınacaqlı, hətta dağıdıcı bir perspektiv gözləyir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”


Yaranmış vəziyyətdə bir sıra erməni politoloqlar prosesin Ermənistanda çevrilişə gətirib çıxaracağını ehtimal edirlər. 

Qeyd edək ki, erməni müxalifəti dəfələrlə Paşinyanı devirməyə cəhd edib. Amma onların bu istiqamətdəki səyləri indiyə kimi nəticə verməyib. Bununla belə, Paşinyanın devrilməsi ehtimalı heç də gündəmdən çıxmayıb. Belə ki, Azərbaycanla Ermənsitan arasında aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə edilməsi sülhün olmasında maraqlı olmayan qüvvələri narahat edir. 

Onlar da bu fonda prosesin irəli getməsinə əngəl olmaq üçün bütün vasitələrə, hətta çevrilişə də əl atmağa hazırdırlar. Hər halda aydın olan odur ki, Paşinyan hakimiyyəti üçün Azərbaycanla sülhə nail olmaq heç də asan başa gələn məsələ deyil. Onun bu addımı Ermənistanda revanşist qüvvələri istər-istəməz daha qəddar addımlar atmağa vadar edə bilər. 

Məsələ burasındadır ki, hazırda Qərbin də Paşinyandan üz çevirdiyi, onun yerinə yeni namizəd axtarışında olduğu da iddialar arasındadır.

Xüsusilə də, Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım etməsi fonunda, Nikola qarşı münasibətin pisləşdiyi qeyd edilir. 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ermənistanda etiraz aksiyaları, hakim komandadan narazılıqlar olsa da, ona alternativin olmaması fonunda Paşinyana qarşı ən yaxın zamanlarda növbəti çevriliş cəhdinin olacağını düşünmürəm:

“Ermənistanda son günlər guya anlaşılmazlıqların olduğu barədə fon yaratmağa çalışırlar. Amma hesab edirəm ki, bu hem də səmimi mövqe deyil. Hamı bilir ki, Paşinyan nə qədər qərbyönümlü olsa da, o siyasi müstəvidə hələ də Moskvadan asılı olaraq qalmaqdadır. 

Amma bununla belə, Paşinyan Rusiyanın da direktivlərinə tam əməl etmir.

Avropa İttifaqının müşahidə missiyasının Ermənistana gəlməsi və fəaliyyətə başlamalarından sonra, KTMT-nin hələ də bu ölkəyə buraxılmaması İrəvanla Moskva arasındakı münasibətləri daha da gərginləşdirir. Yaranmış vəziyyət Moskvanı qane etmədiyindən Paşinyan hakimiyyətini bu tip çevriliş xəbər və siqnalları ilə şantaj etməyə çalışırlar. 

Düşünürəm ki, erməni cəmiyyəti üçün Paşinyan nə qədər faciəli situasiya vəd etsə də, onun alternativi kimi təqdim olunanlar isə daha bədbəxt və nəticəsiz ssenarilər vəd edirlər. Ona görə də erməni xalqının əlində əslində seçim imkanları yoxdur. Belədə, hesab edirəm ki, çevriliş cəhdləri xəbərləri əslində reallığı əks etdirmir. Bu gözlənilmir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO