Rus peyvəndinə görə bu ölkənin Baş naziri ilə prezidenti dalaşdı

Rus peyvəndinə görə bu ölkənin Baş naziri ilə prezidenti dalaşdı

Hazırda oxunan: Rus peyvəndinə görə bu ölkənin Baş naziri ilə prezidenti dalaşdı

13724

Slovakiyanın Baş naziri İgor Matoviç ölkə prezidenti Zuzana Çaputovanı tənqid edib.

Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb. Baş nazirin fikrincə, prezident ölkəyə Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndinin gətirilməsinə qarşıdır.

“Hər gün yüzlərlə insan ölür. Bir çoxları fikirləşir ki, Slovakiyanın ən böyük problemi ölkə vətəndaşları üçün alınan 2 milyon rus vaksinidir. Doğrudanmı belədir?  

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya müsəlmanları tələb etdi: “Koronavirus peyvəndinin tərkibini açıqlayın”


İnsanların sağlamlığı və həyatı ilə maraqlanmırsınız. Həqiqətən istəyirik ki, insanlar etibar etdikləri aşı ilə aşılanmasınlar.

Bəli, bir çox yüksək rütbəli siyasətçilər mümkün qədər çox insanın ölməsini və iqtisadiyyatın geriləməsini özləri üçün komfort hesab edirlər. Şüarları belədir:

Slovakiyada vəziyyət nə qədər pisdirsə, idarə etmək istədikləri uğursuz partiyalar üçün bir o qədər yaxşıdır.

Biz fərqliyik. İnsanlarla maraqlandığımızı göstərək. Çünki sağlamlıq və həyat ilk növbədədir”, deyə o, qeyd edib.

Matoviç bir müddət əvvəl Slovakiyada rus peyvəndinin istifadəsini tənqid atəşinə tutan Çaputova ilə qiyabi olaraq mübahisə edib. 

Prezident deyib ki, dərman hələ AB-də lazımi lisenziyadan keçməyib. O, təklif edib ki, “Sputnik V” Avropa tibbi tənzimləyicisində qeydiyyata alınsın.

Xatırladaq ki, Slovakiya Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyasını martın 1-də qəbul edib. Bir milyon dozanın mart və aprel aylarında veriləcəyi gözlənilir. Ölkədə aşılamalar iki həftə ərzində başlayacaq.

“Sputnik V” Rusiyanın Qamaleya adına Elektrokimya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və dünyada ilk rəsmi qeyd olunan koronavirus peyvəndi olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO