Rusiyalı politoloqdan ermənilərə tövsiyə: “Moskva ilə söz savaşına çıxmayın”

Rusiyalı politoloqdan ermənilərə tövsiyə: “Moskva ilə söz savaşına çıxmayın”

Hazırda oxunan: Rusiyalı politoloqdan ermənilərə tövsiyə: “Moskva ilə söz savaşına çıxmayın”

137120

“Mən Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünü müsbət dəyərləndirirəm. Məncə bu,  Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin ilkin addımlarıdır”.

Bu fikirləri Bizim.Media-ya Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko deyib. 

Politoloqun fikrincə, artıq münaqişəni unudub sülh müqaviləsi üçün ciddi addımlar atılır.

“İlk növbədə  demarkasiya və delimitasiya məsələləri həll olunmalıdır. Məlumdur ki, Ermənistan müharibəni uduzub, Qarabağ mövzusu da Azərbaycanın daxili işidir. Bununla bağlı Ermənistan da daxil olmaqla kənar ölkələrin təsir dairəsi sıfıra endirilib”, - deyə B.Bezpalko qeyd edib.

Politoloq sülh müqaviləsi bağlandıqdan sonra baş verə biləcək gərginliklərdən də söz açıb:

“Belə insidentlərdən qaçmaq lazımdır. Ermənistan onsuz da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hazırda Qarabağla bağlı heç bir iddia irəli sürə bilməz”.

Ermənistandakı revanşist qüvvələrin aktivləşməsi fikrinə münasibət bildirən Boqdan Bezpalko qeyd edib ki, rəsmi İrəvan müharibə səviyyəsinə çatacaq ixtişaşlara əl atacağı təqdirdə, bir ölkə kimi məhv olacaq.

“Erməni siyasətçilərinin Paşinyaya qarşı mövqeləri də birmənalı deyil. Son dönəmlər Paşinyan da Rusiya barədə xoşagəlməz ifadələr işlədir. Erməni siyasətçilərinə tövsiyə edərdim ki, Rusiya ilə söz savaşına çıxmasınlar. Bu, onlar üçün yaxşı nəticəyə gətirib çıxarmayacaq”, - deyə B.Bezpalko yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO