Qeyri-adi hadisə: 40 yaşlı qadının ciyərindən bibər çıxdı

Qeyri-adi hadisə: 40 yaşlı qadının ciyərindən bibər çıxdı

Hazırda oxunan: Qeyri-adi hadisə: 40 yaşlı qadının ciyərindən bibər çıxdı

13682

Dostları ilə dönər yedikdən sonra ağır nəfəs almağa və öskürməyə başlayan qadının ciyərindən bibər çıxıb.

Bizim.Media türk mətbuatına istinadla xəbər verir ki, hadisə Türkiyənin Karabük bölgəsində baş verib.

40 yaşlı Hamdiye Sümbül adlı bir qadın 10 gün əvvəl dostları ilə bir restoranda dönər yedikdən sonra nəfər darlığı yaşayıb. Vəziyyəti ağırlaşdıqda xəstəxanaya müraciət edib.

Çəkilən rentgen və tomoqrafiya nəticəsində qadının ciyərinin sol alt hissəsində bir cisim görünüb. Əməliyyatla götürülən cismin bibər olduğu məlum olub. 

Əməliyyatı edən cərrah "25 illik fəaliyyətimdə ilk dəfə belə bir şeylə qarşılaşıram",- deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO