Ermənistanın Baş naziri Nikol Paşinyan polisin vəzifəli şəxslərini kabinetinə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “news.am” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyana müxalif olanlar yenə İrəvan küçələrində toplaşacaq: “Bura səngərimizdir”
Mənbə yazır ki, bir gün əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərmanı imzalamayacağını, eyni zamanda bu təkliflə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyəcəyini deyib.
Bu gün isə “Vətənin xilası hərəkatı”nın liderləri Ermənistan prezidenti ilə görüşüblər və onu yuxarıdakı məsələni Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırıblar.
Mətbuatda Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyana qarşı cinayət işi başlandığı və tutulması haqda əmr verdiyi barədə də informasiyalar yayılıb.
Bizim.Media