Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixail Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın ofisi hücuma məruz qalıb. Nəticədə iki nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi
"Başqasının əmlakına ziyan vurmaq ittihamı ilə 1994-cü il təvəllüdlü G.K. və 1966-cı il təvəllüdlü G.B tutulub”. Açıqlamada belə deyilir.
İstintaq saxlanılanların partiyanın ofisinin şüşəsinə zərər verdiklərini təsbit edib.
Polis hadisədən dərhal sonra onları saxlayıb. Həmin şəxsləri üç ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, müxalif “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Nika Meliyaya görə Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın komandası ilə fikir ayrılığı olub.
Baş nazir müxalifətçinin həbs olunmasını qəbuledilməz hesab edib. Bu səbəbdən o, fevralın 18-də istefa edib.
Gürcüstan Daxili İşlər Nazirliyi baş nazirin istefasından sonra Meliyanın həbs müddətini dayandırıb.
Qaxariyanın yerinə hakim “Gürcü arzusu” partiyasının Siyasi Şurası bazar ertəsi axşamı baş nazir vəzifəsinə Müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.
Çərşənbə axşamı səhər xüsusi təyinatlılar Meliyanı saxlayıb, bundan sonra müxalifət kütləvi etirazlara başlayıb.
Bizim.Media