Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirir.
Bizim.Media ''TASS''a istinadla xəbər verir ki, etirazçılar müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar seçkiləri tələb edirlər.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda əl qumbarası partladı - Azərbaycanlı yeniyetmə öldü
Məlumata görə, parlament binasının ətrafına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Mitinq əvvəlcə dinc şəraitdə keçsə də, sonradan polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Müxalifət analoji piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib.
Bizim.Media