İranda son 5 gündə 19 nəfər edam olundu

İranda son 5 gündə 19 nəfər edam olundu

Hazırda oxunan: İranda son 5 gündə 19 nəfər edam olundu

134328

İranda son 5 gündə 19 etnik bəluc barəsində çıxarılan edam hökmü icra olunub. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mayın 4-də Zahidandan olan Nurəhməd Zaruji (Nahtani) barəsində çıxarılan ölüm hökmü icra edilib. 

O, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham olunub. Məlumata görə, edam olunan bəluclar narkotik maddələrin qanunsuz ticarəti, qətl maddələrinə əsasən edama məhkum ediliblər. 
Müşahidəçilər və hüquq müdafiəçiləri bunun Tehran rejiminin Sistan-Bəlucistan fəallarına qarşı kampaniya olduğunu bildiriblər. 

Onların qənaətinə görə, hakimiyyət bu yolla bəlucları qorxutmaq və mübarizədən çəkindirmək istəyir. 

Qeyd olunub ki, ölkənin müxtəlif zindanlarında son 7 ayda 123 etnik bəluc edam olunub. Onlar hakimiyyətə qarşı kütləvi etirazlara qatılıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO