İranda daha bir jurnalist HƏBS EDİLDİ 

İranda daha bir jurnalist HƏBS EDİLDİ 

Hazırda oxunan: İranda daha bir jurnalist HƏBS EDİLDİ 

134238

Tehran şəhər Apellyasiya Məhkəməsi tanınmış jurnalist və ictimai fəal Ruhullah Nəxəi barədə ilkin instansiya məhkəməsinin iki illik həbs qərarını qüvvədə saxlayıb.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Xarici və beynəlxalq siyasi məsələlər üzrə jurnalist Ruhullah Nəxəi 22 sentyabr 2022-ci ildə kütləvi etirazlarla bağlı məlumat yaydığı üçün həbs edilib. 

Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib, onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO