İran mətbuatı yenidən ölkəmizə qarşı HÜCUMLARA BAŞLADI – Tehranı hərəkətə keçirən nədir?

İran mətbuatı yenidən ölkəmizə qarşı HÜCUMLARA BAŞLADI – Tehranı hərəkətə keçirən nədir?

Hazırda oxunan: İran mətbuatı yenidən ölkəmizə qarşı HÜCUMLARA BAŞLADI – Tehranı hərəkətə keçirən nədir?

134088

İranla Azərbaycan arasında münasibətlərin normallaşmağa başladığı bir zamanda, cənub ölkəsinin mətbuatı ölkəmizə qarşı çirkin kampaniyanı yenidən gücləndirib. Belə ki, son günlər İran mətbuatında Zəngəzur dəhlizinin açılması əleyhinə və Ermənistan və Qarabağdakı qondarma rejimə yardım çağırışlı yazılar yenidən geniş vüsət alıb.  

“Müsəlman Qardaşlar”ına yaxın “Arab Post” saytı “İran mənbələrinə istinadən Tehran rəhbərliyində Azərbaycana qarşı hərbi əməliyyatların aparılması ilə bağlı fikir və rəylərin olduğunu təsdiqləyib. 
Mənbə iddia edib ki, SEPAH, ETTELLAT və Əli Şamxani arasında İranın Zəngəzur dəhlizi qurulacağı təqdirdə reaksiyasını müzakirə etmək üçün intensiv görüşlər olub. Görüşlərdə Azərbaycanla Ermənistan arasında mümkün savaşın nəticələri müzakirə olunub. 

Tehranlı strateji analitik Soruş Dehqaninin rəyinə görə, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan və Türkiyəyə İrana qarşı əlavə güc və təsir alətləri qazandıracaq.

“İran diplomatacy.ir” isə iddia edir ki, Azərbaycan Qərbi Zəngəzuru işğal etməyi planlaşdırır.
“Tinn.ir” saytına danışan ekspertlər isə bildirir ki, Zəngilan hava limanı coğrafi mövqeyin sabitləşməsindən çox-çox kənara çıxan məqsədlər güdür.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, İran bu kimi addımları ilə özü-özünə problem yaradır: 

“İranla Azərbaycan arasında iqtisadi məsələdə müəyyən məsələlər tənzimlənməyə yaxın olsa da, siyasi müstəvidə yaxınlaşma yoxdur. İranın Bakıdakı səfiri Musəvi gedib ermənilərlə birlikdə tort kəsib, onu sosial şəbəkələrdə paylaşır. İranın Zəngəzurla bağlı hər hansı bir bəyanat verməyə ixtiyarı yoxdur. Bura tarixən Azərbaycan torpağıdır. 

Laçında yaradılan sərhəd-buraxılış məntəqəsindən Qarabağda doğulmayan erməniləri artıq buraxmayacaqlar. Yaxud da Xankəndinə gedən erməniləri geri qayıtmamaq şərtilə buraxırlar.

Çünki artıq siyahıya düşürlər. Bundan narahat olan isə İrandır. Tehranın 27 kəşfiyyatçısı Xankəndidə qalıb, çıxa bilmir. Azərbaycanı qarışdırmağa çalışanlar OcaqNejat kimiləri olub. Bu onların günahıdır. Azərbaycanın İranla problemi yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO