SON DƏQİQƏ: İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

SON DƏQİQƏ: İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

Hazırda oxunan: SON DƏQİQƏ: İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

134062

İranın molla rejimi terrorçuları Azərbaycana təhvil verməkdən imtina edib.

Terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun molla rejimi tərəfindən həbs edilməsi barədə xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, "MOUZE" Telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib.

Molla rejimi onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. 

Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. 
Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO