“Paşinyan üçün sabahkı mitinqin rəmzi mənası var” - ŞƏRH

“Paşinyan üçün sabahkı mitinqin rəmzi mənası var” - ŞƏRH

Hazırda oxunan: “Paşinyan üçün sabahkı mitinqin rəmzi mənası var” - ŞƏRH

13366

“Ermənistanın baş naziri Nikol Paşinyan üçün sabahkı mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası da var”. 

Bizim.Media xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu “Facebook” hesabında yazıb.

Politoloq qeyd edib ki, 1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sərkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı:

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan İrəvanda mitinqə hazırlaşır - FOTO


“Kreslosunu yerlisi Sərkisyana ötürən Robert Köçəryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu".

"Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi".

"Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı".

"Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliamına əmr verənləri həbs etməyə başladı”. 

Politoloqun fikrincə, Nikol Paşinyan sabah bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO