Ermənistan Baş naziri Nikol Paşinyan tərəfdarlarını növbəti dəfə mitinqə çağırıb.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə özünün feysbuk hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan prezidenti də Paşinyana qarşı çıxdı - Baş Qərargah rəisinin istefasını qəbul etmədi
“Əziz həmvətənlər, bazar ertəsi saat 18:30-da sizi İrəvandakı meydanda mitinqə dəvət edirəm”, - deyə baş nazir qeyd edib.
Mitinqin martın 1-də keçirilməsinin həm də simvolik məna daşıdığı bildirilir. Xatırladaq ki, 1 mart 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyada hakimiyyətin etirazçılara atəş açması nəticəsində 10 nəfərdən çox insan ölmüşdü.
Bizim.Media