Qərargah rəisi Araik Artyunyanı niyə vurub?

Qərargah rəisi Araik Artyunyanı niyə vurub?

Hazırda oxunan: Qərargah rəisi Araik Artyunyanı niyə vurub?

13236

“Araik Arutyunyanı Ermənistandakı vəziyyətə müdaxilə etməməyə və Qarabağın problemləri ilə məşğul olmağa çağırıram. Araik, get, öz işinlə məşğul ol!”

Bunu “Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyan jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan prezidenti Baş Qərargah rəisi ilə görüşdü


“Arayik, Ermənistanın daxili siyasi problemlərinə yox, öz işlərinə bax! Sən Nikol ilə Qarabağı necə təslim etdiyiniz barədə düşün. Sən də bütün olanlar üçün məsuliyyət daşıyırsan”, - deyə o, nitqini davam etdirib.

Millət vəkili əlavə edib ki, bunkerdə olan və Anna Akopyana gizli məlumatlara müdaxiləsinin qarşısını ala bilməyənlər də günahkardılar.

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələrinin baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən bəyanatından sonra ölkədəki daxili siyasi vəziyyət aktivləşib.

Bundan dərhal sonra qondarma separatçı rejiminin xunta başçısı Arayik Harutyunyan İrəvana gələrək fəal şəkildə görüşlər keçirməyə, vasitəçilik etməyə başlayıb. 

Bəzi siyasi qüvvələr isə onun ikili oyun oynadığını deyirlər. Araik həm Moskva ilə, Paşinyanın xətti ilə həm də Qərblə münasibətləri loyal saxlamağa çalışır.

Onik Qasparyanın təbirincə desək, amma bu “kolluq gədəsinin” quyruğunun çöldə qaldığından xəbəri yoxdu.

Yerigəlmişkən, dünən Müdafiə Nazirliyinin binasında keçirilən görüşdə Onik Qasparıyanın Araikə yağlı bir sillə çəkdiyi də deyilir.

Görüşdə iştirak edən Valeri Balasyan olmasaymış, məsələ lap dərinə gedəcəkmiş. 

Ekspertlərin fikrincə, artıq Araik Artyunyan hiss edir ki, tezliklə Qarabağda onun nəinki işi, heç yaşamağa da hüququ olmayacaq, ona görə də iki komandadan birində özünə yer tutmaq istəyir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO