Erməni nazirin döyülməsi ilə bağlı iş MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Erməni nazirin döyülməsi ilə bağlı iş MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Hazırda oxunan: Erməni nazirin döyülməsi ilə bağlı iş MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

131817

Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, parlamentin o vaxtkı spikeri, hazırda isə xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi ilə bağlı açılan cinayət işi sona çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Joxovrud” nəşri eksklüziv mənbəyə istinadən yayıb.

“Söhbət həbs edilən Ara Badoyandan gedir, onun cinayət işi məhkəməyə göndərilib”, – qəzet yazıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda kütləvi iğtişaşlar başlayıb.

Etiraz edənlər Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanı avtomobildən çıxarıblar və döyməyə başlayıblar. Nəticədə o, çoxsaylı sınıqlar və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

İstintaq materiallarına görə, Badoyan spiker Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən iğtişaşçılara qoşulub və yerdə uzanan Ararat Mirzoyanı təpikləyib.

Badoyan isə özü təqsirli bilmir. Onun sözlərinə görə, Mirzoyana yaxınlaşanda spiker artıq yerdə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO