"İranda aylardır aksiyalar davam edir. Son zamanlar səngisə də, bunun davamlı olacağı gözlənilir".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin təsisçisi Əhməd Obalı deyib.
O bildirib ki, çünki İranda qadınlara azadlıq verilmir, iqtisadiyyat çöküb, rejim milləti idarə edə bilmir və millət də rejimi istəmir:
"Son 3 gün ərzində yenə də qız şagirdlərə qarşı bir neçə məktəblərdə kimyəvi hücumlar davam edib. İran dövləti siyasətini farsçılıq üzərində qurduğuna görə, türk düşmənçiliyi amili aradan qalxmayacaq.
Azərbaycan gücləndikcə İran müəyyən addımlar atmağa çalışır. Ermənistan müharibəni uduzsa da, İran o məğlubiyyəti həzm edə bilmir. Lakin İranın əlində çox kart qalmayıb. Yəqin ki, terror qruplarından və yaratdığı “beşinci kolon”dan istifadə edəcək. Amma Azərbaycan güclənir və bütün dünya, o cümlədən də ABŞ Azərbaycanın tərəfini tutub".
Bizim.Media
- A-
- A
- A+
Region
15:51 / 18.04.2023
Əhməd Obalı: "İran Ermənistanın məğlubiyyətini həzm edə bilmir"
Hazırda oxunan: Əhməd Obalı: "İran Ermənistanın məğlubiyyətini həzm edə bilmir"
Hazırda oxunan: Əhməd Obalı: "İran Ermənistanın məğlubiyyətini həzm edə bilmir"
131461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.