Erməni ombudsman əsir düşən Azərbaycan əsgərləri ilə görüşdü

Erməni ombudsman əsir düşən Azərbaycan əsgərləri ilə görüşdü

Hazırda oxunan: Erməni ombudsman əsir düşən Azərbaycan əsgərləri ilə görüşdü

131095

Ermənistan ombudsmanı Anahit Manasyan əsir düşən Azərbaycan əsgərləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər əsgərimizə qarşı işgəncə görüntülərini niyə yaydılar? – SƏBƏBLƏR


Mənbə yazır  ki, görüş zamanı guya azərbaycanlı əsgərlər işgəncə barədə şikayət etməyiblər.

Ombudsman onların saxlanma şəraiti ilə tanış olub. Azərbaycanlılar dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlərə məruz qalmadıqlarını bildiriblər.

Qeyd edilib ki, onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. 

Zəruri hallarda onlara tibbi yardım göstərilir, tərcüməçi vasitəsilə ünsiyyət saxlayırlar.

Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisyanın (Ermənistanın Sünik rayonu) Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb.
Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistanın Sünik rayonunda ələ keçirilib. O, tutulduğu an yerli 2 kənd sakini tərəfindən vəhşicəsinə döyülüb. Bununla bağlı sosial şəbəkələrdə çox saylı video və fotolar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO