İranda mədəni fəala ağır həbs cəzası VERİLDİ 

İranda mədəni fəala ağır həbs cəzası VERİLDİ 

Hazırda oxunan: İranda mədəni fəala ağır həbs cəzası VERİLDİ 

130655

İranda Tehran İnqilab Məhkəməsi mədəni fəal Gülrux İrani barəsində qərar çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar. 

"Toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da ittiham olunan mədəni fəal 7 il müddətinə azadlıqdan məhrum olunub. Onun həmçinin ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub. 

O, haqqında irəli sürülən ittihamları rədd edərək, qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib. 

Qeyd edək ki, qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən Gülrux İrani sonuncu dəfə 2022-ci ilin oktyabr ayında həbs edilib. O, hazırda Tehranın Evin həbsxanasında saxlanılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO