Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 12-də hökumət üzvləri qarşısında çıxışı zamanı maraqlı bəyanat verib.
Bizim.Media Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, N.Paşinyan ölkəsinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən AZAD EDİLDİ
O qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb:
“2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyan baş nazir, Robert Köçəryanın isə prezident olduğu dövrdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnu vurğulayan Madrid Prinsipləri meydana çıxıb.
Müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir. Madrid Prinsiplərində deyilir ki, Qarabağın statusu ilə bağlı Azərbaycanla razılıq əldə edilməlidir.
Bizdə olan etibarlı məlumatlara görə, bu prinsiplərin müəllifi erməni tərəfi olub”.
Ermənistanın baş naziri hakimiyyətə gələrkən 2018-ci ildə bu barədə ictimaiyyətə izahat verməmələrini özlərinin ən böyük səhvi adlandırıb.
Bizim.Media