Ermənistanın baş nazir Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı bu gün İrəvanın Respublika meydanında çıxışı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb: “Mən saat 16:00-da respublika meydanında çıxış edəcəyəm”.
MÖVZU İLƏ BAĞLI:
“Ordu mənə tabedir” - Paşinyan tərəfdarlarının qarşısına çıxdı - VİDEO
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahı Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb.
Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi olub.
O, hökumət başçısının “İskəndər” kompleksi barədə dediklərini lağa qoyub.
Silahlı qüvvələrin istefa tələbindən sonra Paşinyan baş qərargahın rəisi Onik Qasparyanı da vəzifəsindən çıxarıb.
Bizim.Media